Qazaxıstanda məmurlara maşın qadağası – İki il qüvvədə olacaq

18:27 31-07-2019 470

Qazaxıstanda dövlət orqanlarına idxal edilən avtomobilləri xidməti istifadə üçün almaq qadağan edilib.

“İnterfaks” agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Əsgər Mamin müvafiq qərar imzalayıb.

Qeyd edilir ki,  qərar artıq qüvvəyə minib və iki il ərzində fəaliyyət göstərəcək.

Sənədə əsasən, yalnız Qazaxıstan istehsalı olan məhsulları icarəyə götürmək və onlarla bağlı dövlət satınalmalarını həyata keçirmək olar.