Bir hərbi qulluqçumuz yaralandı

19:27 31-07-2019 647

Dövlər Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən HerGun.Az-a verilən xəbərə görə, 2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.
 
Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralanmışdır. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur.