Bakıda sexdə yanğın: Xəsarət alan var

12:40 20-01-2021 359

Bakı şəhərinin Nərimanov rayonunda sexdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı bir nəfər xəsarət alıb.

Hər iki sexin qalan hissəsi və içərisində olan dəzgahlar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.