Dağıstan Respublikasının yaradılmasından 100 il ötür

14:40 20-01-2021 414

Hazırda Rusiya Federasiyanın subyekti olan Dağıstan Respublikasının yaradılmasından 100 il ötür.

Belə ki, 20 yanvar 1921-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında qərar qəbul edilib. 1991-ci il mayın 24-də onun adı Dağıstan Sovet Sosialist Respublikası olaraq dəyişdirilib.

1993-ci ildə isə inzibati vahidin Dağıstan Respublikası adlandırılması qərara alınıb.  

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dağıstan sakinlərini respublikanın 100 illiyi münasibətilə təbrik edib. Kremlin rəsmi saytında dərc olunan məktubda dövlət başçısı Dağıstan xalqına uğurlu gələcək və çiçəklənmə arzulayıb.