Avropanın fəaliyyətdə olan ən böyük vulkanı yenidən oyandı – VİDEO

16:20 20-01-2021 525

İtaliyanın Siciliya adasında Etna vulkanı yenidən qəfil oyanıb.

“Zvezda”nın məlumatına görə, bu barədə Katanya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat verib.

Bildirilir ki, vulkanın üzərində dörd kilometr yüksəkliyə nəhəng kül sütunu ucalıb. Püskürmə göy gurultusu və yeraltı təkanlarla müşayiət olunub.

Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, Avropada hazırda fəaliyyətdə olan ən yüksək vulkan hələ ki, heç bir təhlükə törətmir. Bununla belə ada sakinlərinə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.