Aİ ABŞ-la münasibətlər barədə: “Fikir ayrılıqları sehrli çubuqla yoxa çıxmayacaq”

03:40 21-01-2021 389

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasındakı fikir ayrılığı Cozef Baydenin dövlət başçısı olması ilə ortadan qalxmayacaq, ancaq yeni münasibətlərin qurulması şansı var.

TASS xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Çarlz Mişel Avropa Parlamentində çıxışı zamanı deyib.

“Fikir ayrılıqları var və sehrli çubuqla yoxa çıxmayacaq. Səlahiyyətin ilk günü yeni ABŞ prezidentinə müraciət edirəm: Gəlin, daha güclü Amerika, daha güclü Avropa İttifaqı və daha yaxşı bir dünya üçün yeni münasibət quraq”.

Mişel Baydenin gəlişi ilə Aİ və ABŞ-ın birlikdə çalışacağı prioritet sahələri açıqlayıb.

“Bunlar iqlim dəyişikliyinə, koronavirusun yayılmasına qarşı mübarizə, rəqəmsal transformasiyadır”.