Bayden administarsiyası əməkdaşları hər gün COVID testindən keçəcəklər

05:40 21-01-2021 349

ABŞ-ın yeni prezidenti Cozef Baydenin administarsiyası öz əməkdaşlarına məktub göndərib.

Məktubda onlardan hər gün koronavirus testindən keçmək və N95 respirator maskaları taxmaq tələb olunub.

“Axios” portalının məlumatına görə, məktub rəhbər şəxslərlə əlaqədə olacaq bütün administrasiya əməkdaşlarına ünvanlanıb.

Məktubda peyvənd olunmayanların vaksinasiya ilə bağlı tez bir zamanda təlimat alacaqları da bildirilib.