İlin ən qalmaqallı boşanma məhkəməsi başladı - FOTO

01:09 01-08-2019 536

Londonda ilin ən qalmaqallı boşanma məhkəməsi başlayıb.

Oxu. Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Maktumun İngiltərəyə qaçan həyat yoldaşı şahzadə Haya bint əl-Hüseyn məhkəmədə iki uşağının qəyyumluq hüququnu qorumağa çalışır. 

Haya eyni zamanda Ali Məhkəmədən onun 11 yaşlı qızını məcburi evlilikdən xilas etməsini istəyir. 

Bundan əlavə, şahzadə Haya boşandıqdan sonra şiddət və təcavüzdən qorunmaq üçün xüsusi təminat da tələb edir.

Əgər məhkəmə şahzadənin tələbini təmin edərsə, bundan sonra Haya ilə Dubay əmirinin övladlarının gələcəyi ilə bağlı bütün qərarlar hakimlə razılaşdırılmalıdır.

Şeyx Məhəmməd öz növbəsində uşaqların Dubaya qaytarılmasını tələb etsə də, məhkəmədə şəxsən iştirak etməyib.

Qeyd edək ki, şahzadə iki uşağı ilə birlikdə iyunun sonunda Avropaya qaçıb və özü ilə 39,3 milyon dollar pul götürüb. Sonradan onun Londonda 107 milyon dollari olan mənzildə yaşadığı xəbəri yayılıb.

Rəşad Əliyev