Yunanıstan – Azərbaycan oyununun hakimləri bilindi

16:00 21-01-2021 405

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan – Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb.

Duelin birinci hakimi İbrahim Əl-Jilali, ikinci referisi isə Lars van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.

Qeyd edək ki, bu matç fevralın 2-də Afinada keçiriləcək.