COVID-19-dan sağalarkən əsas çətinlik açıqlandı

04:40 22-01-2021 366

Həzm sisteminin işinin pozulması COVID-19-un bərpasını çətinləşdirən əsas amildir.

“RİA Novosti”nin məlumatına görə, bunu rusiyalı həkim-revmatoloq Pavel Evdokimenko deyib.

Onun sözlərinə görə, həzm sisteminin işi xüsusən də antibiotik qəbul edən xəstələrdə daha gec normallaşır. Belə insanların daha gec özünə gəldiyini deyən həkim onların vəziyyətinin allergik reaksiyalarla daha da ağırlaşacağını qeyd edib.

Orqanizmin bərpası üçün mütəxəssis arıçılıq məhsulları, “B” qrupu vitaminləri və moruqları pəhrizə daxil etməyi məsləhət görüb.