Borca görə özünü öldürmək istədi

03:36 01-08-2019 1090

Xəzər rayonunda 49 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.

Hadisə Zirə qəsəbəsinin Zirə bağları adlanan ərazisində baş verib. 1970-ci il təvəllüdlü Paşayev Etibar Qumaş oğlu kəsici alətlə bilək və əlinə xəsarət yetirib.

İlkin məlumata görə, E.Paşayev pul borcuna görə özünə qəsd etmək istəyib. 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu