Hakerlər Çexiya XİN-nə hücum etdi

05:45 01-08-2019 548

Hakerlər Çexiya XİN-nin kompyuter şəbəkəsinə hücum edib.

TASS xəbər verir ki, bunu ölkənin Mütəşəkkil cinayətkarlıqla mübarizə milli mərkəzinin mətbuat katibi İva Klonova bildirib.

Onun sözlərinə görə, hakerlər sirli informasiyanı əldə edə bilməyiblər və sadəcə bir neçə əməkdaşın elektron poçtuna daxil olmağa müvəffəq olublar.

Faktla bağlı cinayət işi qaldırılıb. Çexiya hüsusi xidmət orqanları hadisənin araşdırılmasına cəlb olunub.