ABŞ kəşfiyyatı Üsamə bin Ladenin oğlunun öldüyünü bildirdi

06:54 01-08-2019 657

ABŞ kəşfiyyatı “Əl-Qaidə” terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.

Bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.

Bununla belə, onlar Həmzə bin Ladenin ölümündə ABŞ-ın iştirakını şərh etməyiblər.

İlin əvvəlində ABŞ Həmzə haqda məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.

Onun 2015-ci ildən “Əl-Qaidə”nin üzvü olduğu və amerikalılara qarşı hücumlara çağırışlar etdiyi bildirilirdi.