Çinin cənubunda 9 ballıq tropik fırtına hökm sürür

07:54 01-08-2019 663

“Wipha” adlı tropik fırıtna Cənubi Çindəki Xaynan adasını vurdu. Fırtına özü ilə ğüclü külək və leysan yağışlar gətirdi.

TASS xəbər verir ki, yerli hakimiyyət orqanları 16 min xilasedici və 6 minə yaxın texnika səfərbər edib.

Fırtınanın mərkəzində küləyin sürəti saniyədə 23 metrdən güclüdür ki, buda Bofort cədvəli ilə 9 bal ilə qiymətləndirilir.

Cənubi Çinin böyük hissəsi 3 gün ərzində leysan yağışlara tuş gələcək. Əhali təbii fəlakət haqqında qabağcadam məlumatlandırılıb.