Moskvanın mərkəzində “Mercedes” batdı, sürücüsü üzüb çıxdı – VİDEO

08:27 01-08-2019 576

Avqustun 1-i  səhər Moskvanın Basmannı rayonunda “Mercedes” dəmir arakəsməni qıraraq Yauza çayına düşüb.

Hadisə yerindən görüntüləri “Layf” yayıb.

Kadrlardan görünür ki, maşın tam suyun altına enib, hadisə yerində isə xilasedicilər işləyir.

İlkin məlumata görə, hadisəyə səbəb “Mercedes”in idarəetməni itirməsi olub.

Sürücü üzərək çayın sahilinə çata bilib.

Yauza - Moskva çayının qoludur, orta dərinliyi 2-3 metrdir.