İspaniyada erkən peyvənd vurduran məmurlar vəzifədən uzaqlaşdırılıb

04:20 24-01-2021 305

İspaniyada dekabrın 27-də başlayan vaksinasiya prosesi çərçivəsində bir sıra məmurların protokoldan kənar peyvənd vurdurması etirazlara səbəb olub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunur ki, növbədənkənar vaksinasiyaya qoşulan məmurların bəziləri artıq narazılıqlardan sonra istefa verib. Hökumətin də bu məsələyə həssas yanaşdığı, polis, ordu və.s güc strukturlarında da bir sıra rütbəli şəxslərin erkən peyvənd vurdurduğu üçün vəzifədən uzaqlaşdırıldığı qeyd olunur.