Makqreqor - Puarye döyüşü başladı - VİDEO

09:40 24-01-2021 386

Bu gün MMA üzrə UFC-257 turniri keçirilir.

HerGun.Az xəbər verir ki, yarış BƏƏ-nin paytaxtı Əbu-Dabidə yerləşən Yas adasında baş tutur.

Turnir çərçivəsində 11 döyüş keçirilməsi nəzərdə tutulub. Təbii ki, gecənin əsas döyüşü yüngül çəki kateqoriyasında irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Puarye arasında olandır.

Tərəflər artıq 2014-cü ilin sentyabrın 27-də üz-üzə gəlib. Həmin görüşün birinci raundunda Makqreqor rəqibini nokauta salıb. Məhz bu görüş həmin döyüşün revanşı hesab olunur.

Qeyd edək ki, hər iki idmançının 32 yaşı var. Konor Makqreqor indiyədək 26 döyüş keçirib və bunlardan 22-də qalib gəlib. Fransız mənşəli Dastin Puarye isə 33 döyüşdən 26-da qələbə qazanıb.

Hazırda döyüş davam edir.