Vahid Nəzərov: “Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinə namizədlərdənəm”

23:40 25-01-2021 400

“Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (ITF) İcraiyyə Komitəsinə, Texniki Komitəyə və Elmi Şuraya namizədliyim verilib”.

Bunu HerGun.Az-a Azərbaycan Ağır Atletika Federasiyasının Hakimlər Kollegiyasının üzvü, millimizin sabiq baş məşqçisi Vahid Nəzərov deyib.

Azərbaycan martda Türkiyədə keçiriləcək ITF-nin seçkiləri üçün öz namizədi kimi Vahid Nəzərovun adını təqdim edib. Nəzərov bu barədə açıqlamasında  

“24-27 mart tarixlərində İstanbulda Konqresə seçkilər keçiriləcək, orda federasiyanın yeni prezidenti seçiləcək. Həm də federasiyanın qurumlarına seçkilər baş tutacaq. Əsas istəyim ITF-nin İcraiyyə Komitəsinə seçilməkdir. Çünki Azərbaycandan heç vaxt bu vəzifəyə seçilən olmayıb”.

Səbuhi Musayev