Qvardiola: “Erik Qarsiya “Barselona”ya keçəcək”

08:00 26-01-2021 412

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola müdafiəçi Erik Qarsiyanın komandanı tərk edəcəyini və “Barselona”ya keçəcəyini açıqlayıb.

Bu barədə “Sky Sports” məlumat yayıb.

“Mən demək olar ki, onun getməyə hazırlaşdığına əminəm. Bunun qış və ya yay transfer pəncərəsində olması klublardan asılı olacaq”, - deyə X.Qvardiola bildirib.