Qanunsuz ov edənlərdən 100-dən artıq silah götürülüb - AÇIQLAMA

16:40 26-01-2021 311

“Azərbaycanda səkkiz ovçuluq təsərrüfatı var ki, orada qanunla müəyyən olunan qaydalar çərçivəsində ovçuluq etmək olar”.

HerGun.Az-ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, təyin olunan miqdardan artıq ov etmək hansısa heyvan növünün nəslinin tükənməsi deməkdir:

“Xüsusi mühafizə olunan təbiət ərazilərdə isə qanunsuz ov edənlər barədə 31 protokol, 27 akt tərtib olunub

Milli Parklar, qoruq ərazilərində qanun pozuntusuna yol verən şəxslərdən 13 odlu silah götürülüb. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yerli regional idarələrdə isə 98 protokol, 95 akt və 95 silah götürülüb”.

İlhamə Əbülfət