Tahir Gözəl: APOEL qarşısında güclü “Qarabağ” görəcəyik

12:45 01-08-2019 16

Gözəl oyuna tamaşa etdik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi.

HerGun.Az xəbər verir ki, bunu ”Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Çempionar Liqasının II təsnifat mərhələsində “Qarabağ” ötən gün İrlandiyanın “Dandolk” klubu ilə cavab oyununda 3:0 qalib gəlib. T.Gözəl növbəti rəqib olan Kipr çempionu APOEL ilə oyun haqda öz fikirlərini bildirib:

“Bilirsiniz, rəqib güclüdür, büdcəsi də bizimkindən çoxdur. APOEL hörmətəlayiq klubdur.

“Qarabağ”ın oyununu birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdır. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, yekun nəticə nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.

“Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur”.

Qeyd edək ki, “Qarabağ” APOEL ilə ilk oyununu avqustun 6 və ya 7-də keçirəcək. İlk görüş Kiprin paytaxtı Nikosiyada baş tutacaq.

Səbuhi Musayev