Saatlıda 32 yaşlı qadın itkin düşüb - VİDEO

10:00 31-01-2021 315

Saatlıda qadın itkin düşüb.

Baku Tv-nin məlumatına görə, 32 yaşlı Mirzəyeva Afət Xanlar qızı yanvarın 27-də naməlum şəraitdə itkin düşüb. Onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələr var.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.