Rəsmi Vaşinqtonun Türkiyəyə “yox” deməsində İsrailin barmağı var imiş

14:54 01-08-2019 476

ABŞ-ın Türkiyəyə F-35 qırıcıları satmaqdan imtina etməsində İsrailin əli var. 

Bu haqda “The Times of İsrael” “Channel 12” telekanalına istinadən məlumat yayıb. 

Kanalın yaydığı xəbərə görə, son aylar ərzində İsrail rəsmiləri ABŞ administrasiyası ilə danışıqlar aparıblar. 

Onların məqsədi ABŞ-ı Türkiyəyə F-35 qırıcıları satmaqdan çəkindirmək olub.

Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəyə F-35 satmaqdan imtina edib. Buna səbəb kimi isə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması göstərilib.