Reyqanın illərdir gizli saxlanılan söhbəti ortaya çıxdı: Lənətə gəlmişlər, meymunlar

15:36 01-08-2019 475

1970-ci illərdə Ronald Reyqan və Riçard Nikson arasında baş tutmuş söhbətin “irqçi hissəsi” dərc edilib.

Həmin vaxt sözügedən siyasətçilər müvafiq olaraq Kaliforniyanın qubernatoru və ABŞ Prezidenti vəzifəsini tuturdular.

1971-ci ildə BMT Təhlükəsizlik Şurasında daimi üzvlük yeri Tayvandan Çinə keçib. Bundan narazı olan R.Reyqan ABŞ Prezidentinə zəng edərək Vaşinqtonun mövqeyini dəstəkləməyən nümayəndə heyətlərinin necə səs verməsindən hiddətləndiyini bildirib.

R.Reyqan narazılığını dilə gətirərkən “Afrika ölkələrindən olan meymunlar” ifadəsini işlədib:

“Lənətə gəlmişlər, onlar üçün ayaqqabı geyinmək hələ də narahatlıqdır”. 

R.Nikson Kaliforniya qubernatorunun sözlərinə gülüb.

Tərəflər arasında baş tutmuş söhbətin tam versiyası daha əvvəl gizli saxlanılıb. Tam versiya bir neçə həftə əvvəl əlçatan olub.

Qeyd edək ki, R.Reyqan 1981-1989-cu illərdə ABŞ Prezidenti vəzifəsini tutub.