ÜST-dən xəbərdarlıq: Yoluxmanın azalmasına baxmayaraq ölüm sayı yüksəlir

10:40 03-02-2021 308

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölənlərin sayında rekord artım olduğunu açıqlayıb.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, bir həftə ərzində dünyada COVID-19-dan 96 364 ölüm qeydə alınıb.

Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

Eyni zamanda, COVID-19-a yoluxma ardıcıl üçüncü həftədir ki, azalır. Keçən həftə təxminən 3,7 milyon yeni yoluxma aşkar edildi, bu da əvvəlki yeddi günə nisbətən 13 faiz azdır.