Sibirdəki yanğınların kosmosdan şəkilləri çəkildi - FOTO

19:27 01-08-2019 482

Sibirdə başlayan və bir həftədir davam edən yanğınları söndürmək mümkün olmur.

“RİA Novosti” xəbər verir ki, Rusiya hökuməti bununla bağlı ərazidə fövqəladə vəziyyət elan edib və yanğınla mübarizə məqsədilə xüsusi komitələr təşkil olunub.

Artıq yanğın ocaqlarının müəyyənləşdirilməsi və birbaşa mənbəyə müdaxilə etmək üçün kosmosdan fotolar da çəkilib.

Rusiya Kosmik Agentliyinin əldə etdiyi görüntülərə əsasən, əsas atəş ocaqlarının Saxa Respublikası, Buryatiya və İrkutsk bölgəsi, eyni zamanda, Krasnoyarsk və Xabarovsk əyalətlərində olduğu müəyyən edilib.

Təxminən 500-ə qədər ocaq aşkarlanıb.

Qeyd edək ki, iyulun 25-də başlamış yanğın əsasən Sibirdə, Arktikanın bəzi hissələrində üç milyon hektaradək ərazini əhatə edir və yayılmaqda davam edir.