Rusiyada bədbəxt hadisə: Binanın pəncərəsindən uşaq arabasının üzərinə düşdü, hər ikisi öldü – VİDEO

05:40 05-02-2021 342

Rusiyanın Voronej şəhərində bədbəxt hadisə baş verib.

Rusiya Dövlət Teleradiosunun yaydığı məlumata görə, çoxmərtəbəli binanın pəncərəsindən yıxılan 30 yaşlı kişi uşaq arabasının üzərinə düşüb.

Hadisə nəticəsindən pəncərədən yıxılan şəxs yerindəcə ölüb. Beş aylıq körpə isə xəstəxanaya çatdırılarkən təcili yardım maşınında vəfat edib.

Bina sakinlərinin sözlərinə görə, hələ ki şəxsiyyəti müəyyən olunmayan şəxs binanın sonuncu mərtəbəsində tək yaşayıb.

Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.