Kərəm Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21:00 01-08-2019 523

Prezident İlham Əliyev Kərəm Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə Kərəm Əvəz oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.