Rusiyada dənizdə itən turistlər üç gün sonra salamat tapıldılar

21:36 01-08-2019 563

Sankt-Peterburqdan Kareliyaya səyahət etmiş 10 nəfərdən ibarət turist qrupu dəniz gəzintisi zamanı itkin düşüb.

TASS xəbər verir ki, iyulun 24-də “baydarka” tipli qayıqlarla dənizə çıxan qrup iyulun 29-da geri qayıtmalı imiş. Onların yaxınları isə bildirib ki, dənizdəkilərlə əlaqə itib.

Dərhal axtarış tədbirlərinə start verən xilasedicilər güclü külək və yüksək dalğalar səbəbindən çətinliklə üzləşsə də, nəhayət üç gün sonra onların izinə düşüb.

Aralarında 15 yaşlı iki yeniyetmənin də olduğu turistlər Ağ dənizdəki adalardan birində sağ-salamat tapılıblar.

Hazırda bütün qrup vertolyot vasitəsilə xilas edilib.