Teymur Rəcəbov onlayn “Opera Euro Rapid” turnirinə xal itirmədən başladı

01:40 07-02-2021 451

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinə start verilib. 

Mükafat fondu 100 min ABŞ dolları olan yarışda azərbaycanlı şahmatçı Teymur Rəcəbov da iştirak edir. 

Turnirin ilk günündə beş tur geridə qalıb. Teymur beş görüşdən birini qələbə (ABŞ təmsilçisi Sem Şelkend), digər dördünü isə heç-heçə ilə bitirib.

Günün nəticəsinə görə, Teymurun üç xalı var. Hələlik turnir cədvəlinə dörd xalla Maqnus Karlsen başçılıq edir. 

Yarışın şərtlərinə görə, 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə aparacaqlar. Bundan sonra pley-ofla səkkiz vəsiqənin sahibi müəyyənləşəcək. 

Səbuhi Musayev