Ukraynada Mübariz İbrahimova həsr edilmiş poçt markası buraxılıb - FOTO

20:00 07-02-2021 366

Ukraynada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş poçt markası işıq üzü görüb.

Poçt markası “Azərbaycan - Ukrayna” Beynəlxalq Alyansının təşəbbüsü ilə Ukrayna ictimaiyyətinin Mübarizin qəhrəmanlığı barədə məlumatlandırılması məqsədilə buraxılıb.

Buna qədər isə Alyans Mübariz İbrahimov adına medal təsis edib.