Yaponiyada güclü vulkan püskürməsi baş verib - VİDEO

15:20 08-02-2021 329

Yaponiyanın cənubunda yerləşən Kyusyu adasındakı Sakuradzima vulkanında püskürmə baş verib. 

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, vulkanın atdığı kül topası bir neçə min metr hündürlüyə yüksəlib.

Rəsmi qurumlar vulkan püskürməsi nəticəsində bir kilometr radiusu əhatə edən əraziyə lavanın və külün yayıla biləcəyi barədə xəbərdarlıq edib.