Kembric tələbəsi özünü təyyarədən atdı – FOTO

02:54 02-08-2019 484

Kembric universitrtinin tələbəsi Madaqaskarda səyahəti zamanı təyyarənin qapısını sındırıb və özünü aşağı atıb.

The Sun xəbər verir ki, 19 yaşlı qız 1kilometr hündürlüydən yerə düşüb.

Qeyd olunur ki, tələbəni yol yoldaşı və pilot hərəkətindən daşındırmaq istəyib. Lakin o müqaviməti qırıb və təyyarədən atılıb.

Polis və könüllülər qızın meyitini hələ ki tapa bilməyiblər.

Araşdırma göstərib ki, tələbə 6 həftə Madaqaskarda tədqiqatlar aparmalıymış. Bu zaman o psixiki çaxnaşma hücumları keçirib.