Fransada qəsdən yandırmadan 500 hektar meşə külə döndü

03:36 02-08-2019 677

Fransanın cənubunda baş verən meşə yanğını insan əli ilə törədilib.

RİA Novosti” xəbər verir ki, Nim şəhəri prokurorluğu belə qənaətə gəlib.

Hüquq-mühafizə orqanları qəsdən yandrmanın açıq aydın sübutlarnı tapıblar. Təqsirkarı 15 ilə qədər həbs gözləyir.

Qar departamentində baş verən yanğın nəticəsində 500 hektar meşə zolağı külə dönüb. Hadisə yerindən 190 nəfər təxliyə olunub.