Qvineyada ildırım altı uşağı öldürdü

04:27 02-08-2019 463

Qvineyada 6 uşağı ildırım vurub öldürüb, iki nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, hadisə ölkənin şimal-şərqində Sigiri prefekturasında baş verib.

Şahidlərin sözlərinə görə, bir qrup uşaq manqo ağacının altında oynayıb, çaq qaynadırdılar. Bu zaman onları ildırım vurub.

Hadisədən sonra qonşular uşaqların köməyinə gəliblər, lakin onlardan 6-sı hadisə yerində dünyasını dəyişib. Digər 2 uşaq xəstəxanaya yerləşdirilib.