Məşhur tenisçinin geyimi sosial şəbəkələrdə geniş müzakirə olundu - FOTO

10:40 09-02-2021 394

Amerikalı tennisçi Serena Uillyams ictimaiyyət qarşısına çıxdığı qeyri-adi geyimi ilə fikir ayrılığına səbəb olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Uilyams “Nike” brendinin ayaq hissəsi asimmetrik olan rəngarəng kombinezonu ilə Avstraliya Açıq Tennis Çempionatında oyuna çıxıb. Onun obrazını ağ idman ayaqqabısı, eyni markadan olan mavi baş bandı, həmçinin boyunbağı, saat və halqa sırğalardan ibarət aksesuarlar tamamlayıb.

39 yaşlı tennisçinin  geyimi sosial şəbəkələrdə maraqla qarşılanıb. Bəziləri sadalanan əşyaların dizaynından narahat olublar, - “Bu, xüsusən Melburn istilərini nəzərə alanda çox narahat görünür”, “Qorxunc geyimdir”, - deyə onlar yazıblar.

Digərləri isə əksinə, məşhuru tərifləməyə başlayıblar.

Onlar, - “Bu kostyum əladır”, “Serenanın geyimini çox bəyəndim”, “O, super qəhrəmana oxşayır”, “Onun kostyumu mənə 80-ci illərin stilini xatırlatdı”, - kimi şərhlərlə ona dəstəklərini ifadə ediblər.