İtkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB + FOTO

11:40 09-02-2021 310

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

10:09

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, 2005-ci il təvəllüdlü Elcan Dəmirov fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkcə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub.

Boyu təxminən 160-165 sm, sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var. 

Şəkildəki yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.