Xorvatiya sayağı qısqanclıq: kişi keçmiş arvadını, məşuqunu və dörd uşağı qətlə yetirdi

06:27 02-08-2019 486

Cümə axşamı Xorvatiyanın paytaxtı Zaqrebdə atışma olub. 

RİA Novosti” xəbər verir ki, Kayzeritsa rayonunda 6 nəfər odlu silahla qətlə yetirilib.

İlkin ehtimala görə, cinayət qısqanclıq zəminində baş verib. 

Kişi keçmiş arvadını, onun məşuqunu və 4 uşağı gülləliyib. Atışmada yeganə sağ qalan 7 aylıq körpə olub: o, güllə yarası ilə xəstəxanaya çatdırılıb.