Rac Kapurun oğlu vəfat etdi

00:20 10-02-2021 306

Tanınmış hind aktyoru və rejissoru Raciv Kapur vəfat edib.

TASS “The Times of India” qəzetinə istinadən məlumat verir ki, 58 yaşlı məşhur Mambayda dünyasını dəyişib.

Raciv Kapur Hindistan kinematoqrafıyasının ən tanınmış siması sayılan Rac Kapurun kiçik oğludur.

Çimpu ləqəbli Raciv ilk dəfə atasının filmlərində çəkilməyə başlayıb. O, 1985-cil ildə “Qanq, sənin suların bulanıqdı” filmində baş rolu ifa edib.

Racivin rejissor işləri arasında isə 1996-ci ildə lenta aldığı “Məhəbbət kitabı” filmi daha böyük populyarlıq qazanıb.