ABŞ-da hakerlər bütün şəhər əhalisini zəhərləməyə çalışdılar

05:40 10-02-2021 337

ABŞ-da naməlum şəxslər Florida ştatındakı Oldsmar şəhərinin əsas sutəmizləyici qurğusunun kompüter sistemini sındırıblar.

“Tampa Bay Times” qəzetinin verdiyi məlumata görə, onlar suda təhlükəli kimyəvi maddənin miqdarını artırmağa çalışıblar.

Həmin şəxslər “TeamViewer” proqramından istifadə edərək işçilərdən birinin kompüterinə uzaqdan giriş əldə ediblər.

Onlar qələvi səviyyəsini yüz dəfə artırmağa çalışıblar – proqram suyun turşuluğunu tənzimləmək üçün kiçik dozada istifadə olunur, böyük dozada istifadə olunması suyu zəhərləyə və şəhərdə yaşayan 15 mindən çox insana zərər verə bilər.

Xoşbəxtlikdən işçilər vaxtında baş verənləri görüblər və qələvi sızmasının qarşısını alıblar.

Faktla bağlı araşdırma başlayıb.