BƏƏ antiİran siyasətindən əl çekəcək

08:27 02-08-2019 495

Əbu-Dabi antiiran mövqeyindən çəkinəcək və Tehranla əlaqələrini nizama salmağa çalışacaq.

Anadolu”u xəbər verir ki, bu haqda Birləşmiş Ərəb Əmirliyləri rəhbərlərinin gizli müşavirəsində fikir mübadiləsi aparılıb.

Şahzadə Məhəmməd bin Zayed Əl-Naxayanın iştirakı ilə keçirilən müşavirədə BƏƏ-nin baş naziri və Dubay əmirliyinin başçısı Məhəmməd bin Rəşid Əl-Maktum ölkəsinin xarici siyasətini tənqid atəşinə tutub.

“Liviya yaxud Sudanda hakimiyyət dəyişməsinin BƏƏ-yə nə xeyri var? Siz düşünürsiz ki, ABŞ İrana zərbə endirəcək, amma Tramp dialoqa çağırır. Tutaq ki, ABŞ həqiqətən İrana zərbə endirdi. Bu zaman İran kimə hücum edəcək? Tehran özü və yaxud husilərin vasitəsi ilə BƏƏ-yə və Səudiyyə Ərəbistanına hücum edəcək”, - deyə, şeyx bildirib.

Onun sözlərinə görə, BƏƏ-nin ərazisinə bircə raket düşsə bütün xarici investorlarlar və hətta Asiyadan olan fəhlələr belə ölkəni tərk edəcək.

Dubay şeyxinin fikrincə BƏƏ xarici saiyasətini tamam dəyişməli və Yəməndən Liviyaya kimi miyonlarla dollar xərclərini kəsməlidir.

Şahzadə Məhəmməd bin Zayed Əl-Naxayan baş nazirinin çıxışına dəstək verib və xarici siyasətdə dəyişiklər edəçəyini bildirib.