Məşhurların gözmuncuğu trendi davam edir - FOTO

07:00 10-02-2021 432

Son vaxtların ən maraqlı trendlərindən biri gözdəymədən qoruyan talisman və amuletlərdir.

Bu bəzək əşyası ulduz influnserlər arasında da geniş yayılıb. Hesab olunur ki, “mavi göz muncuğu” şər ruhları qovur, sahibini pis niyyət və lənətdən qoruyur.

Bu barədə “Elle” xəbər yayıb.

Belə ki, Meqan Markl “Smart Works” işçiləri ilə “Zoom”la görüşü zamanı gözdəymədən qorunmaq üçün kulonla görünüb.

Bir çoxlarının fikrincə o, bununla mətbuata belə bir ismarıc yollayıb: “Mən sizdən qorxmuram. Siz mənə heç nə edə bilməzsiniz”.

Qeyd edək ki, II Elizabetin gəlini bundan əvvəl də üzərində gözmuncuğu kulonu olan boyunbağı ilə diqqət çəkmişdi.

Ötən il gələcək valideynlər Cici Hədid və Zeyn Malik uşaqlarının olacağı barədə mediaya məlumat sızdıqdan sonra da identik brilliant bilərzikləri ilə şəkil paylaşmışdılar.

Supermodel qiymətli ənənəni 2021-ci ildə də davam etdirib. Belə ki, “Maybeline” reklam kampaniyasında o, boynunda iri  boyunbağı ilə açıq rəngli futbolkada görünmşdü. Qızıl bəndin üzərindəki gözmuncuğu hər kəsin ümumi diqqətini çəkmişdi.