Şəmkirdə avtomobil qəzası: Bir nəfər xəstəxanalıq oldu

22:20 10-02-2021 280

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, hadisə rayonun “Səbət” bazarı yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 51 yaşlı Fazil Zeynalov xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.