“Mançester Siti”dən növbəti rekord

00:40 11-02-2021 369

İngiltərənin “Mançester Siti” futbol klubu ölkə kubokunun 1/8 mərhələsində “Suonsi” üzərində 3:1 hesabı ilə qələbə qazanaraq yeni rekorda imza atıb.

Sports.ru portalının məlumatına görə, şəhərlilər iştirak etdikləri bütün turnirlərdə 15 ardıcıl qələbə qazanıblar ki, bu da İngiltərə Premyer Liqası komandaları arasında ən yüksək göstəricidir.

Son 15 oyunda Pep Qvardiolanın yetirmələri 40 top vurub, 5 top buraxıblar. Komanda 10 matçda qapısını toxunulmaz saxlaya bilib.

Qeyd edək ki, “Mançester Siti”nin növbəti rəqibi “Tottenhem” olacaq. İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində keçiriləcək görüş fevralın 13-də baş tutacaq.