Paşinyan Qarabağa gəlir

13:18 02-08-2019 720

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edəcək.  

HerGun.Az xəbər verir ki, bu haqda Paşinyan özünün “Facebook” səhifəsində yazıb. 

O bildirib ki, Dağlıq Qarabağa gələcək və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcək.

Paşinyanın qanunsuz səfəri avqustun 5-də başlayacaq “ümumerməni oyunları”nın açılış mərasimi ilə bağlıdır.