“Phillips” televizoru alanların pulu geri qaytarıla bilər - Qalmaqal

15:09 02-08-2019 550

Niderland İstehlakçılar Birliyi Federasiyası dünyanın böyük şirkətlərindən biri olan “Phillips”dən 1996-2006-cı illərdə satılan televizor və monitorların pullarının müştərilərə geri qaytarılmasını tələb edib.

Lakin şirkət bununla razılaşmayıb. Federasiyanın iddiasına görə, 10 il boyunca “LG”, “Samsung” “Toshiba” və “Panasonic” ilə gizli müqavilə bağlayan şirkət qeyri-qanuni qazanc əldə edib.

Məsələ ilə bağlı məhkəməyə müraciət edən qurum “Phillips”in ödəyəcəyi cərimənin həcminin hələ müəyyənləşmədiyini bildirib. Həmçinin qeyd olunub ki, pulunun geri qaytarılmasını istəyən müştərilər qəbzləri də təqdim etməlidirlər.

Bildirilib ki, artıq 55 min nəfər təzminatın ödənilməsi üçün federasiyaya müraciət edib.

“Philips” rəsmiləri isə bu iddiaların haqsız olduğunu və özlərini müdafiə edəcəklərini açıqlayıblar.