Neçə illərdir insanlara "qan udduran" Kəbirə Məmmədova kimin himayəsindədir?!

13:45 21-02-2021 640

Onun Allahın qəzəbinə tuş gələcəyi mütləqdir

Zərərçəkmiş ər-arvad Nəsib və Suğra Daşdəmirovlar ölkə başçısından və nazir Vilayət Eyvazovdan dördüncü dəfə kömək istəyirlər. 221.000 Amerika dollarını Kəbirə Məmmədovadan ala bilməyən el ağsaqqalı Nəsib Daşdəmirov və el ağbirçəyi Suğra Daşdəmirova şikayət məktubun bir nüsxəsidə hergun.az saytının redaksiyasına göndəriblər. 

Zərər çəkən Nəsib və Suğra Daşdəmirovların şikayətində deyilir: 


Hörmətli cənab Prezident,
Hörmətli Vilayət müəllim!

Göndərdiyimiz 3 şikayətimizə baxılmadığından el ağsaqqalı, el ağbirçəyi olaraq dəyərli vaxtınızı alaraq dördüncü şikayəti yazıb göndərmək məcburiyyətində qaldıq.

Məlumat üçün bir daha bildiririk ki, biz Kəbirə Məmmədovaya məxsus Binə Ticarət Mərkəzi ilə müddətsiz müqavilə imzalayaraq özümüzə xoş güzəran qürub yaratmaq üçün çox böyük ümidlə oğlumuzun Moskvadan göndərdiyi 220 min Amerika dolları verib Kəbirə Məmmədovadan 5 mağaza almışdıq.

Lakin hiss edirdik ki, aldanmışıq həmin vaxtlardan bu günlərimizə qədər verdiyimiz pulu Kəbirə Məmmədovadan ala bilmirik hər dəfə gedib onunla görüşürük, o xəcalət çəkmək əvəzinə kobudluq edir, kişi söyüşləri ilə bizi təhqir edir. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, onun hiylələrinə, təhqirlərinə məruz qalan təkcə biz deyilik.

Kəbirə Məmmədova neçə illərdir yüzlərlə bizim kimi insanları aldatmış, malını pulunu mənimsəmiş və çirkin, qanunazidd əməllərinin bu gün də davam etdirməkdədir. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, onun havadarı kimdirsə onun çirkin əməllərinə hüquqi qiymət verilmir.

Hörmətli cənab Prezident,

Bizə təəccüb təsiri bəxş edən cəhət budur ki, Cənubi Qafqazın ən güclü dövləti sayılan Azərbaycanda səbəb nədir ki,

Kəbirə Məmmədova ilə bacara, onun öhdəsindən gələ bilmirlər? O, hədsiz dərəcədə ərköyün öyrənmiş, bu səbəbdən də dəvət olunduğu heç bir orqana ya getmir, ya da nümayəndəsini göndərir.

Kəbirə Məmmədovanın təlim keçdiyi yaxın rəfiqələri Kəbirənin çirkin əməllərini vaxtaşırı yazıb ictimailəşdirən saytlara zəng edərək təhqir edir, hədələyirlər. Xalqımızın gözü önündə baş verən bu cür xoşagəlməz, qanunazidd hallar hər şeydən öncə xalqımızın hər bir nümayəndəsini təəccübləndirir və dövlətçiliyimizi sarsıdır.

Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğuladığı kimi:

Dövlətçilik iki halda sarsıla bilər :

“Bir günahkar cəzasız qalanda,

Bir də günahsız cəza alanda”

 

Hörmətli Cənab Prezident,

Hörmətli Vilayət müəllim!

Qısaca məlumat vermək istəyirəm ki, bizim göndərdiyimiz 3-cü ərizəmiz Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində məsul vəzifə tutan Ələkbər Cəfərovun icraatına verilmişdir.

Ədalət naminə deməliyik ki, Ələkbər Cəfərov oğlumuz Namizəd Daşdəmirovu idarəyə dəvət edib onunla söhbət etmiş, söhbət zamanı bildirmişdir ki, narahat olmayın, yaxın günlərdə birlikdə gedib Kəbirə Məmmədova ilə görüşərik, Sizi üzləşdirərəm və tələbiniz təmin edilər.

Həmin söhbətdən bir aya yaxın müddət keçir. Ələkbər Cəfərov hazırda nə bizi qəbul edir, nə Kəbirə ilə üzləşdirir, nə telefon zənglərimizə cavab verir, nə də yazdığımız mesajlara.

Hörmətli Cənab Prezident,

Biz artıq ömrümüzün qürub çağlarını yaşayırıq. Yaşımızın bu vaxtında yalan danışmaq bizə ayıb olar. Etibarlı mənbələrdən aldığımız dəqiq məlumata görə Ələkbər Cəfərov bizim iştirakımız olmadan Kəbirə Məmmədova ilə görüşüb, öz maraqları naminə onunla xəlvəti söhbət edibdir.

Məhz buna görə də şikayətçi olaraq bizləri yaxına buraxmır, icraatında olan işimizə əhəmiyyət vermir.

Əgər kim deyirsə pul əl çirkidir, yanılır, pul firəvanlıqdır, xoş güzərandır.

Mirzə Ələkbər Sabir gör necə dahiyanə deyib:

Adəmi adəm eyləyən parədir,

Parəsiz adəmin üzü qarədir.

Hörmətli Vilayət müəllim,

Dediklərimizə istinadən zərərçəkmiş olaraq biz Ələkbər Cəfərovun bu xəyanətinə qəti etirazımızı bildiririk və işin ondan alınıb başqasının icraatına verilməsinə göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirik.

Hörmətli Cənab Prezident,

Siz efir məkanlarında dəfələrlə sadəlik, sədaqət nümunəsi göstərərək özünüzü xalqın xidmətçisi elan etdiyiniz və insanlarla xoş, rəvan rəftar etməyi tövsiyə etdiyiniz halda Ələkbər Cəfərov kimi polis əməkdaşı vətəndaşlara həqarət göstərir, Vilayət Eyvazovun siyasətinə müqavimət göstərir, ona verilən vəzifə səlahiyyətlərinə xəyanət edir.

Hörmətli cənab Prezident,

Siz 17 illik Prezidentliyiniz dövründə həmişə çalışırsınız vətənini, xalqını qanı-canı qədər sevən, savadlı, sanballı və nüfuzlu şəxslər hesabına etibarlı kadr korpusu formalaşsın. Bununla yanaşı əliəyriləri, rüşvətxorları və özbaşına dövlət məmurlarını tutduqları vəzifələrdən uzaqlaşdırır, bir çox hallarda məsuliyyətə də cəlb etdirirsiniz.

Apardığınız müşahidələr araşdırmalar göstərir ki, eyni xarakterli kadr islahatı Daxili İşlər Orqanlarında da aparılır.

Nazir cənab Vilayət Eyvazov ən yaxşıların yaxşısını, sağlam düşüncəli, əqidəli və namuslu əməkdaşları irəli çəkir və bir vəzifə olaraq kadrlara ədalət prinsiplərinə əməl etmək tapşırılır.

Bu islahatlar təbii ki, xalqımızın əmin-arxayın yaşaması və məmləkətimizin çiçəklənməsi naminə aparılır. Lakin təəssüflə də olsa qeyd etməliyik ki, polis orqanlarında gələcəyini, karyerasını düşünməyən, həyatın mənasını dünya malında görən Ələkbər Cəfərov kimiləri də var.

Eyb etməz təki Allah Taala müdrik Prezidentimizi qorusun. Əgər sorğu olaraq məndən soruşsalar ki, İlham Əliyev Azərbaycan üçün nələr edib? Mən cəsarətlə cavab verərəm ki, İlham Əliyev Azərbaycan üçün nələr etməyib ki!

Dəyəri milyardlarla ölçülən abadlıq quruculuq işləri, tikilən yüzlərlə məktəblər, səhiyyə ocaqları, sosial təyinatlı obyektlər, Cənab Prezident Sizin gərgin zəhmətiniz və uzaqgörən siyasətiniz sayəsində ərsəyə gəlmişdir.

Ən böyük şah əsəriniz Qarabağ torpaqlarını erməni cəlladlarından azad etməyinizdir. İkinci şah əsəriniz isə vətənimizi talançılardan, rüşvətxorlardan və özünü ərköyün-arxayın aparan yüzlərlə insana qan udduran Kəbirə Məmmədova kimilərdən azad etməyiniz olacaq, Cənab Prezident!

Cənab Prezident qədim şərq məsələlərinin birində deyilir:

“Şəxsiyyət var qarşısında təzim edərlər

Şəxsiyyət də var qarşısında baş əyərlər”

Biz el ağsaqqalı, el ağbirçəyi olaraq Sizin vətən, xalq qarşısında xidmətləriniz önündə yalnız baş əyirik.

Zati-aliləri, izn verin, dəyərli vaxtınızı aldığımıza görə üzrxahlıq edək və Kəbirə Məmmədovanın ərköyünlüyünə və yetərincə at oynatmasına, mənəm-mənəm deməsinə son qoyulmasına və bizə olan 220 min Amerika dollarının qaytarılması ilə bağlı cənab Vilayət Eyvazova müvafiq göstəriş verməyinizi səmimi qəlbdən xahiş edək.

Allah xatirinə, qanunlarımızın aliliyi naminə cənab Prezident köməkliyinizi əsirgəməyin, Sizdən savayı ümidimiz, pənahımız yoxdur,

Gözləyirik!

Əlaqə telefonu: (055) 992-01-00

Səmimi hörmətlə:

Nəsib və Suğra Daşdəmirovlar

 

P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayəti ilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.