Türkiyədə avtobus yandı: ölənlər var

21:09 02-08-2019 574

Türkiyədə avtobus yandı: ölənlər var

Türkiyənin Balıkesir vilayətində sərnişin avtobusunun yanması nəticəsində ən azı 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

HerGun.Az "Hürriyet"ə istinadən xəbər verir ki, avtobusda 37 nəfər olub. 

Vilayət merinin sözlərinə görə, yanğın avtobusdakı qəhvə maşınında başlayıb, bundan sonra sürücü avtobusu saxlayıb və sərnişinləri düşürüb. Amma təşvişə düşən sərnişinlər avtobusdan düşərkən bir-birilərini itələməyə başlayıblar.

Vilayət meri bildirib: "İlkin ehtimala əsasən, beş nəfər zəhərli tüstüdən boğulub və yanğında ölüblər".

Qeyd edək ki, həlak olanların arasında bir uşaq da var.

Zərərçəkənlər xəstəxanaya aparılıb. Hadisə yerinə təcili yardım, polis və yanğınsöndürən maşınlar gəlib.