Yanğınsöndürən təyyarənin pilotu qəzada həlak oldu

22:36 02-08-2019 582

Bu gün Fransanın cənubunda qəzaya uğrayan  "Tracker 22" təyyarəsinin pilotu həlak olub.

HerGun.Az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, təyyarə meşədəki yanğınsöndürmə əməliyyatına cəlb olunubmuş.

Xəbərdə qeyd edilir ki, təyyarə Jenerak şəhərinin səmasında qəzaya uğrayıb. Torpağa çırpılan hava gəmisi bir neçə hissəyə ayrılıb. Təyyarədə pilotdan başqa adam olmayıb. 

Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, "Tracker 22" təyyarəsi göyərtəsində 3,6 ton su daşıya bilir. Bu, Fransada istifadə olunan ən kiçik yanğınsöndürən təyyarədir. Bu hava gəmiləri 1982-ci ildə istehsal olunub, hazırda onların daha müasir təyyarə ilə əvəzlənməsi planlaşdırılır.