ABŞ-da 5G-qüllənin ətrafında yüzlərlə arı tələf oldu - VİDEO

00:45 03-08-2019 912

Kaliforniya sakinlərindən biri sosial şəbəkəyə çoxlu ölü arının əks olunduğu video yerləşdirib.

Videoda görünür ki, həşəratlar səkidə, yüksəksürətli 5G mobil internet qülləsinin ətrafında uzanıb qalıblar. 

Video müəllifinin fikrincə, arıların ölümü qüllənin ətraf mühit üçün nə qədər təhlükəli olduğundan xəbər verir.

Bloger belə qülllələrə toxunmağın insan üçün də təhlükəli olduğunu düşünür.

Bununla belə, qüllənin fəaliyyət radiusu boyunca heç bir meyitin tapılmadığı da vurğulanır.